Yeddinci “Zirvə” Beynəlxalq Uşaq Oyunlarında atletika yarışlarına yekun vurulub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada keçirilən 7-ci “Zirvə” Beynəlxalq Uşaq Oyunları davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, 12 ölkədən 4 mindən çox atletin idmançın 27 növü üzrə mübarizəyə qoşulduğu turnirdə ilk olaraq ağır atletika yarışlarında qaliblər müəyyənləşib.

Yeddi ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan 200-ə yaxın uşaq ağır atletin qatıldığı turnirdə 30 kiloqramadək oğlanların mübarizəsində Şamaxı təmsilçisi Xəyyam Allahverdiyev toplam 74 kiloqram (31+43) nəticə ilə çempion olmağı bacarıb. Sonrakı pillələri 71 kiloqramla (32+39) Əli Məmmədov, 67 kiloqram (29+38) nəticə ilə Nihad Zairov tutublar.

“Zirvə” beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçirilən yarışlarda idmançılar ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində mübarizə aparırlar.

Mayın 28-dək davam edəcək “Zirvə oyunları”nın məqsədi ulu öndər Heydər Əliyevin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, idmanın təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, atletlərin ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Xəbər 825 dəfə oxundu.