Həvəskarlar arasında XVII payız/yaz birinciliyinin növbəti oyunu keçirilib
Mayın 5-də Binə qəsəbəsində həvəskarlar arasında XVII payız/yaz birinciliyinin super-kubok oyunu keçirilib. Super-kubokunda “Binə”komandası 5:3 hesabı ilə qalib olub. Qalib gələn komandaya kubok və medal təqdim olunub.

Qeyd edək ki, birincilikdə “Qardaşlar” komandası qızıl,” Müşfiq” gümüş, “Stern Binə” bürünc medala sahib olublar. Ən məhsuldar oyunçu “Hövsan” komandasından Məcnun Əliyev olub.Qaliblər həmçinin kubok , diplom və toplarla mükafatlandırılıblar.





Xəbər 700 dəfə oxundu.