Çimərlik futbolu üzrə Azərbaycan millisinin Ukrayna yığması ilə oyun üçün heyəti açıqlanıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 7-dən 13-dək İspaniyanın Salou şəhərində təşkil olunacaq “ANOC World Beach Soccer Games ” turnirində iştirak edəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, püşkə əsasən, birinci oyunda Ukrayna yığması ilə qarşılaşacaq millimizin heyətinə Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Rüfət Məmmədov, Sabir Allahquliyev və Əbdül Əliyev dəvət olunublar.

Xəbər 746 dəfə oxundu.