Rossi futbolçunu döyüb
«Fiorentina»nın sükançısı Delio Rossi komandadan qovulub. İdman.com.az saytının məlumatına görə, səbəb onun «A» Seriyada «Novara» ilə oyunda komandasının 20 yaşlı serb hücumçusu Adem Lyaiçi döyməsidi.

Məşqçi ilə futbolçu arasındakı davanın səbəbkarı Layiçdi. Görüşün 36-cı dəqiqəsində o, əvəzlənməsindən narazı qalaraq, ehtiyat skamyaya yerləşməzdən öncə məşqçiyə narazılığını onu xüsusi formada alqışlamaqla bildirib. Özünü idarə edə bilməyən məşqçi Lyaiçin üzərinə yumruqları ilə düşüb. O, futbolçuya bir neçə zərbə vurub. Klubun əməkdaşları Rossini sakitləşdirib, Lyaiçi də döyüş meydanından uzaqlaşdırıblar.

Hadisəyə qədər 0:2 geridə olan florensiyalılar yekunda hesbada bərabərlik yarada biliblər. Ancaq klub rəhbərliyi Rossini əvf etməyib. Oyundan sonra onu istefaya göndəriblər.

Xəbər 983 dəfə oxundu.