Azərbaycan şahmatçısı Sarayevoda keçirilən beynəlxalq turnirin qalibi olub
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən 49-cu beynəlxalq turnirdə Azərbaycan şahmatçısı qalib adını qazanıb.

Təmsilçimiz Ülvi Sadıqov 9 turdan 7 xal toplayaraq yarışı birinci pillədə başa vurub. Onunla eyni xala malik olan yerli idmançılar Denis Kadric və Borki Predojevic sonrakı iki yeri tutublar.

Turnir İsveçrə sistemi üzrə keçirilib.

Xəbər 748 dəfə oxundu.