Azərbaycan şahmatçısı Sarayevoda keçirilən beynəlxalq turnirdə ikinci yerə yüksəlib
Mayın 3-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən 49-cu beynəlxalq şahmat turnirində sonuncu – doqquzuncu tura start verilib.

Turnirin səkkizinci turunda təmsilçimiz Ülvi Sadıqov xorvatiyalı Zdenko Kozulu məğlub edərək xallarının sayını 6,5-ə çatdırıb. Şahmatçımız bu nəticə ilə turnir cədvəlində ikinci pilləyə yüksəlib. Onunla eyni xala malik olan yerli idmançı Borki Predojevic əlavə göstəricilərə görə liderdir.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 767 dəfə oxundu.