Azərbaycan şahmatçısı Ülvi Sadıqov Sarayevoda uğurlu çıxışını davam etdirir
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda azərbaycanlı şahmatçının da qatıldığı 49-cu beynəlxalq turnirdə səkkizinci turun oyunları keçirilir.

Azərbaycanlı şahmatçı Ülvi Sadıqov liderlər qrupunda çıxışını davam etdirir. Yeddinci turda xorvatiyalı Ante Brkiclə heç-heçə edən təmsilçimizin hesabında 5,5 xal var.

Aktivində 5,5 xal olan 6 idmançı turnir cədvəlinin ilk 6 pilləsində qərarlaşıb.

Şahmatçımız səkkizinci turda Xorvatiyanın digər təmsilçisi Zdenko Kozulla qarşılaşır.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 827 dəfə oxundu.