«Fənərbağça» ilk transferinə hazırlaşır
Yeni mövsüm üçün heyətinə nəzər salan «Fənərbağça» ilk transferini həyata keçirmək üzrədir. İdman.com.az saytının məlumatına görə, istanbullular «Əskişəhirspor»dan Veysəl Sarı ilə prinsipial razılığa gəliblər. Hazırda futbolçu üçün eskişehirlilərə ödəniləcək məbləğ ətrafında danışıqlar tamamlanmalıdı.

Veysel Sarı 3 mövsümdü «Eskişehirspor»da oynayır. Gənc futbolçu ona qədər həvəskar komandalarda top qovub. İndi iki il Türkiyənin ən böyük klublarından birində top qovacaq. Veysel Sarının «sarı-lacivərdlilər»lə müqaviləsi 2014-cü ilin mayınadək bağlanacaq.

Futbolçunu Türkiyənin A-2 millisi də diqqətinə alıb. Veysel öncə ölkəsin heç bir yaş qruppu üzrə millisində oynamasa da, indi iyunun 1-də və 6-da Livan və Danimarka ilə oynayacaq heyətə dəvət alıb.

Xəbər 1040 dəfə oxundu.