Atletlər Xorvatiyada
Azərbaycanın atletika üzrə paralimpiya yığmasının 6 üzvü baş məşqçi Sergey Təhməzov rəhbərliyi altında açıq Xorvatiya Çempionatında iştirak etmək üçün Xorvatiyanın Zaqreb şəhərinə yola düşüb. İdman.com.az məlumat verir ki, bu yarış XIV London Yay Paralimpiya Oyunlarına hazırlıq mərhələsində sonuncu deyil, bundan sonra atletlərimiz bu ay həmçinin İngiltərənin Stok Mondevill şəhərində beynəlxalq təlim məşq toplantısına qatılacaqlar.

Xəbər 1029 dəfə oxundu.