Bu gün futzal üzrə Azərbaycan kubokunun yarımfinalçıları bəlli olacaq
Aprelin 30-da futzal üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin oyunları keçiriləcək.

İlk oyunun start fiti 15:30-da səslənəcək. “CBC Sport” kanalında canlı yayımlanacaq matça marağı artıran məqamlardan biri cari mövsümdə xal itirməyən “Obolon”un Yüksək Liqa təmsilçisi “Neftçi” ilə dueldə göstərəcəyi performansdır.

Mərhələnin ən maraqlı oyunu isə əzəli rəqiblərin dueli olacaq. Söhbət “Araz” – EKOL qarşılaşmasından gedir. Digər oyunda “Təbriz” komandasının iddialı rəqib – “Xəzər Cənub” qarşısında duruş gətirib-gətirə bilməyəcəyini isə matç göstərəcək. Aşkar favoritsiz oyunlardan biri də “Baku Fire”–“Advokat” görüşüdür.

Xəbər 779 dəfə oxundu.