Oğuzda stolüstü tennis üzrə zona yarışının qalibləri müəyyənləşib
Oğuz Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan 2005-2006-cı il təvəllüdlü oğlan və qızlar arasında stolüstü tennis üzrə zona yarışları başa çatıb. Yarışda Bakı, Sumqayıt, Şirvan şəhərlərini, Balakən, Qax, Şəki, Qəbələ, Oğuz, Qobustan və Ağdaş rayonlarını təmsil edən 11 komanda mübarizə aparıb. Paytaxt tennisçiləri zona yarışında 2 komanda ilə təmsil olunub.

Qızların yarışında Şəki, Sumqayıt, 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (RİOEUGİM), 13 nömrəli İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (İOEUGİM) və Qax komandaları müvafiq olaraq ilk 5 yeri tutaraq, yarışların final mərhələsinə vəsiqə qazanıblar.

Oğlanların yarışında da Şəki komandası birinci olub. Sonrakı yerləri Sumqayıt, 1 nömrəli RİOEUGİM, 13 nömrəli İOEUGİM və Şirvan komandaları tutublar. Bu komandalar da yarışların final mərhələsində iştirak etmək hüququ əldə ediblər.

Xəbər 794 dəfə oxundu.