Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” keçiriləcək
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə mayın 1-dən 3-dək eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” keçiriləcək.

Atzspor.az AFFA-ya istinadla xəbər verir ki, Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq yarışda “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək” və “Ümid” komandaları mübarizə aparacaqlar.

Xəbər 780 dəfə oxundu.