Daşkəsəndə məktəbliləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib
Aprelin 25-26-da Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib.

Yarışın məqsədi Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev yaradıcılığının təbliği, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olub. Yarışda 24 nəfər idmançı iştirak edib. Gərgin keçən mübarizədən sonra İ.Nəsimi adına 1 №-li tam orta məktəbin şagirdi Elariz Əlizadə birinci, S.Vurğun adına 4 №-li tam orta məktəbin şagirdi Yadigar Alıyev ikinci, A.Mürsəlov adına 2 №-li tam orta məktəbin şagirdi Elvin Qurbanov isə üçüncü yerə layiq görülüb.

Qaliblər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla və medalla təltif olunub.


Xəbər 678 dəfə oxundu.