Astaralı atlet Azərbaycan çempionu olub
Aprelin 20-21-də Göygöldə keçirilən yaz Azərbaycanda Çempionatında Astara rayon komandası iştirak edib.

Astara şəhər 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Rəşad Əliyev 10 km kross qaçışında bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Astara şəhər 3 saylı tam orta məktəbin şagirdi Aysun Rzayeva isə 2 km məsafəyə kross qaçışında yarışı üçüncü yerdə başa vurub.

Qeyd edək ki Rəşad Əliyev ötən illərdə dəfələrlə respublika çempionatının qalibi olub.


Xəbər 725 dəfə oxundu.