Astaralı atletlər Respublika final yarışında bürünc medal qazanıblar
Xaçmaz rayonunda yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında final yarışında Astaranın atletika yığma komandası uğurla çıxış edib.

Yarışın yekun nəticələrinə əsasən 10 nəfərdən ibarət Astara rayonunun yığma komandası üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.

Astara rayon Gənclər və İdman İdarəsində Respublika final yarışında uğur qazanmış atletlərlə görüş keçirilib.

İdarəsinin rəisi Ərçə Əliyev gənc idmançıları və onların məşqçilərini təbrik edib, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.

Xəbər 705 dəfə oxundu.