AFFA paytaxtda meydançaların sayını artırır
Bu gün AFFA və “AccessBank” tərəfindən Suraxanı rayonundakı 65 saylı orta məktəbin ərazisində inşa olunmuş süni örtüklü meydançanın açılış mərasimi keçirilib.

İdman.com.az saytının məlumatına görə, tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, AFFA-nın baş katibi Elxan Məmmədov və “AccessBank”ın nümayəndəsi Amil Hüseynov çıxış edərək, ölkəmizdə idmanın müxtəlif növlərinin inkşiaf etdiyini, paralel olaraq infrastrukturun müasir tələblər səviyyəsində qurulduğunu deyiblər.

Qeyd olunub ki, açılışı keçirilən süni örtükü meydança məktəblilərin futbolla daha rahat şəkildə məşğul olmasına şərait yaradacaq. Çıxışlardan sonra tədbirin iştirakçıları rəmzi olaraq topa zərbə vurublar. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra, meydançada “Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində dərs başlayıb.

Xəbər 999 dəfə oxundu.