Formula 2-nin qalibləri müəyyənləşdi
Bu gün start götürən Formula 2-nin qalibləri müəyyənləşdi.

Azsport.az saytının məlumatına görə, DAMS komandasının pilotu Nikolas Latifi ən yaxşı nəticə göstərərək birinci oldu. “Charouz”un pilotu ABŞ təmsilçisi Juan Manuel Korrea yarışı ikinci, “Campos Racing”dən isə ingilis Cek Aitken üçüncü pillədə başa vurdular.

Qeyd edək ki, dünən 174,087 kilometrlik məsafəni əhatə edən 29 dövrəlik baş tutan ilk yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken bütün rəqiblərini qabaqlayıb. “Art Grand Prix”dən Nik de Vries ikinci, “Motorsport”dan Yordan Kinq üçüncü oldu.

Xəbər 793 dəfə oxundu.