İdmançılarımız Ukraynada keçirilən döyüş növləri üzrə Avropa çempionatında uğurla çıxış edib
Azərbaycan idmançıları Ukraynanın Xarkov şəhərində döyüş növləri üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

28 ölkədən 850 idmançının iştirak etdiyi yarışda ölkəmiz 13 idmançı ilə təmsil olunub. Çempionatda idmançılarımız şaolin sanda, şaolin full və peşəkar növlərdə öz güclərini sınayıblar.

Çempionatda idmançılarımızdan Tamerlan Şahverdiyev (27 kq), Riyad Əliyev (60 kq), Tural Qəhrəmanlı (60 kq) və Anar Novruzov (65 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Sabit Paşayev (+85 kq), Zamin Baxşıyev (65 kq) və İlqar Nəcəfli (ağır çəki) gümüş medala layiq görülüblər. Orxan Rzalı (40 kq), Həsən Həsənzadə (44 kq), Nihad Ağayev (60 kq), Murad Səmədov (60 kq), Ramil Abilov (65 kq), və Elçin Hüseynov (90 kq) bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, Azərbaycan yığma komandası turnirdə AŞDSF-nin prezidenti Rafiq Əliyevin, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynovun rəhbərliyi altında mübarizə aparıblar.

AZƏRTAC

Xəbər 652 dəfə oxundu.