“Vüqar Həşimov” şahmat klubu təsis edilib
Azərbaycanın məşhur şahmatçısı, mərhum qrossmeyster Vüqar Həşimovun adını daşıyan klub təsis edilib.

Vüqar Həşimov Şahmat Fondu tərəfindən təsis olunan klubun heyətinin formalaşdırılmasına başlanıb. İlkin danışıqlardan sonra Azərbaycan millisinin üzvləri Rauf Məmmədov və Qədir Hüseynov komanda yoldaşlarının adını daşıyan klubda çıxış etməyə razılıq veriblər. Şahmatçılar Vüqar Həşimov klubunda mübarizə aparmağı özlərinə borc bildiklərini deyiblər.

“Vüqar Həşimov” klubu Monteneqroda keçiriləcək Avropa Çempionlar Kubokunda çıxış edəcək. Klubun tam heyəti yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Xəbər 763 dəfə oxundu.