Kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb
"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilir.

Yarışda respublikamızın müxtəlif bölgələrindən 464 cüdoçu mübarizə aparır. Birinciliyin ilk günü oğlanlar və qızlar arasında 3 çəki dərəcəsində qaliblər məlum olub. Qaliblərə və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.
Respublika birinciliyinə aprelin 26-da yekun vurulacaq.

Xəbər 1914 dəfə oxundu.