Formula 1 azarkeşləri bu gündən yarış məkanına daxil ola biləcəklər
Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin azarkeşləri yarış məkanına daxil ola biləcəklər.

Saat 12:00-da azarkeş zonalarının qapıları açılacaq, 14:00-da isə 4 günlük bilet sahiblərinin Pit Leyn gəzintisi təşkil olunacaq.

Aprelin 26-da isə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və Formula 2 komandalarının sıralama turu keçiriləcək.

Sabah, həmçinin Maks Ferstappen, Pyer Qasli ("Red Bull"), Sebastyan Fettel, Şarl Lekler ("Ferrari"), Daniel Rikkardo və Niko Hülkenberqin ("Renault") azarkeşlər üçün avtoqraf sessiyaları olacaq.

Qeyd edək ki, Formula 1 SOCAR Azərbaycan-Qran-Prisi aprelin 26-28-də keçiriləcək.


Xəbər 865 dəfə oxundu.