İspaniya yığmasının Bakıda cüdo üzrə keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb | |
İspaniya yığmasının mayın 10-12-də Bakıda cüdo üzrə keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb. Dünya reytinq cədvəlində 17-ci pillədə qərarlaşan İspaniya turnirdə 9 qadın, 6 kişi cüdoçu ilə təmsil olunacaq. Bakı tatamisində İspaniya yığmasının ən güclü cüdoçuları mübarizə aparacaqlar. Belə ki, heyətdə “Böyük dəbilqə”, Qran-Pri turnirlərinin, dünya və Avropa çempionatlarının mükafatçıları yer alıblar. 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi Nikoloz Şerazadişvili də Bakı tatamisində qüvvəsini sınayacaq. İndiyədək 62 ölkə (500-dən çox cüdoçu) Bakı turnirinə qatılacağını təsdiqləyib. |
|
Xəbər 723 dəfə oxundu. |
|
|