"GRENKE Chess Classic 2019": Arkadi Naydiç dünya çempionuna qarşı mübarizə aparacaq
Aprelin 24-də Almaniyada "GRENKE Chess Classic 2019" superturnirinin beşinci turunun oyunlarına start veriləcək.

Ötən turda Azərbaycan şahmatçısı Arkadi Naydiç Vinsent Keymeri məğlub edib. Dörd turun nəticəsinə görə təmsilçimizin aktivində 2 xal var. Turnirin digər oyunlarına gəldikdə, Piter Svidler levon Aronyana, Fransisko Valexo Vişvanatan Ananda, Maksim Vaşe-Laqrav Qeorq Mayerə məğlub olublar. Fabiano Karuana Maqnus Karlsenlə heç-heçə edib.

Dörd turun nəticəsinə görə V. Anand, M. Karlsen 3 xalla turnir cədvəlinə başçılıq edirlər. M.Vaşe-Laqrav, F.Karuana, P.Svidler, İ.Aronyan 2,5, F.Valexo, Q.Mayer hərəyə 1 xal qazanıblar.

Növbəti turda Arkadi Naydiç dünya çempionu M.Karlsenə qarşı mübarizə aparacaq.

Xəbər 808 dəfə oxundu.