İdman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib | |
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “ABU Arena”da idman rəqsləri üzrə Bakı şəhər çempionatı keçirilib. BŞGİBİ-dən bildiriblər ki, yarışa qatılan 14 idmançı “Olimp”, “Aypara” və “Rovesnik” idman klublarını təmsil edib. Yarışda “Yeniyetmələr II” – Standart Avropa və Latın Amerika proqramı üzrə Fərid İbrahimov və Zərəc Tlepova, “Böyüklər” və “Yeniyetmələr” - Standart Avropa və Latın Amerika proqramı üzrə Emil Ağayev və Nərmin Teymurova birinci yerə layiq görülüblər. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. |
|
Xəbər 740 dəfə oxundu. |
|
|