Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununun daha bir səfiri müəyyənləşib | |
UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib. Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, bu səfir Rusiyanın “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynamış, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirmiş Aleksandr Səmədovdur. O, UEFA Avropa Liqası 2019-un final oyunun səfiri kimi aprelin 20-21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək. |
|
Xəbər 782 dəfə oxundu. |
|
|