Yenə “Rabitə” və “Azərreyl” ilə
2012/2013 mövsümündə qadın voleybolçular arasında Avropa Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək klubların adına aydınlıq gəlib. İdman.com.az saytının məlumatına görə, qitənin ən mötəbər klub yarışında ötən il olduğu kimi yenə ölkəmizi 2 komanda – “Rabitə” və “Azərreyl” təmsil edəcək.

Düzdür, bu turnirdə Azərbaycana iştirak üçün 1 vəsiqə verilib. Həmin yerin sahibi son dünya çempionu “Rabitə” ardıcıl 3-cü dəfə qitənin ən nüfuzlu turnirinə qatılacaq. Lakin son illərin dəyişməz Azərbaycan çempionunu “dəmiryolçular” yenə tək qoymayacaq. Belə ki, Avropa Voleybol Konfederasiyası (CEV) “Azərreyl”i “uayld-cart”la yarışa buraxacaq.

Xəbər 874 dəfə oxundu.