Formula 1 Malayziya Qran-Prisi yenidən keçirilə bilər
Malayziya siyasi və iqtisadi səbəblərdən Qran-Pri keçirilməsindən imtina edib və Formula 1-lə kontrakt ildə 67 milyon dollar ödənilməsini nəzərdə tutur. Lakin vəziyyət dəyişib. Sepange avtodromunun tikintisinin təşəbbüskarı Mahathir Mohamad yenidən hökumət rəhbəri seçilib və indi yürüşlərin keçirilməsi üçün vəsait tapılacağına ümid yaranıb.

Avtodromun direktoru Razlan Razali deyib: “Bizim yeni Baş nazir vaxtilə avtodromun tikintisinin və Formula 1 yürüşlərinin keçirilməsinin təşəbbüskarı olub. O, yenidən hakimiyyətə qayıdıb. Mahathir Mohamad günlərin birində Formula 1-i Malayziyaya qaytarmaq istəyirdi, lakin 2017-ci ildəki Qran-Pridən sonra biz ən azı 5 il bu yürüşlərin keçirilməyəcəyini gözləyirdik. İndi biz vəziyyəti təhlil edəcəyik. Eşitmişəm ki, yaxın iki-üç ildə Formula 1-də dəyişikliklər olacaq. Biz bu prosesləri izləyirik və istəyirik ki, Qran-Pri üçün dəstək olacaq V8 Supercars seriyasının mərhələsi keçirilsin. Keçən dəfə Formula 1-dən bizə rədd cavabı gəldi, lakin inanıram ki, razılıq əldə edəcəyik və Qran-Pri mərhələsinin yenidən keçirilməsi ehtimalı güclənəcək.

Xəbər 721 dəfə oxundu.