Şahmatçımız İspaniyada beynəlxalq turnirdə liderlər qrupuna yüksəlib
İspaniyada şahmat üzrə beynəlxalq turnir davam edir.

Turnirin altıncı turunda qrossmeysterimiz Azər Mirzəyev növbəti qələbəsini qazanıb. Fransalı rəqibi Pierre Barbotu məğlub edən təmsilçimiz 5 xalla liderlər qrupuna yüksəlib.

Turnir cədvəlinin lideri 6 xalla Rusiya təmsilçisi Vadim Moiseenkodur. Şahmatçımız Azər Mirzəyev isə 5 xalla 2-5-ci yerləri bölüşür. Növbəti turda onun rəqibi rusiyalı Mikail Ulybin olacaq.

İsveçrə üsulu ilə keçirilən turnir aprelin 20-də başa çatacaq.

Xəbər 729 dəfə oxundu.