Çimərlik futbolu üzrə Azərbaycan millisi Ukrayna yığması ilə qarşılaşıb
Bakıda seleksiya xarakterli təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Ukrayna yığması ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub.

Komandamızın heyətində Asif Zeynalov, Sabir Allahquliyev və Comərd Baxşəliyev fərqləniblər.

Xəbər 850 dəfə oxundu.