“Sumqayıt” Futbol Akademiyasında seleksiya işləri davam edir
“Sumqayıt" Futbol Akademiyası seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir.

Sumqayıt futbol klubunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 16-da kluba məxsus "Kapital Bank Arena"da seçimlərin növbəti mərhələsi keçirilib. Belə ki, 6-15 yaş futbolçular arasında keçirilən seleksiya toplanışında təxminən 20-yə yaxın futbolçu iştirak edib.

Məlumatda qeyd edilir ki, seçimlər hər həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 9:30-dan etibarən “Kapital Bank Arena”da keçirilir.

Xəbər 611 dəfə oxundu.