Bu dəfə CEV kubokunda
Çellenc kubokunun son qalibi “Lokomotiv”in növbəti mövsümdən tarixində yeni səhifə açılacaq. İdman.com.az saytının məlumatına görə, “dəmiryolçular” 2 əlamətdar hadisəni birdən bayram edəcəklər. Belə ki, Azərbaycan Super Liqasının gümüş mükafatçısı tarixində ilk dəfə CEV kubokunda iştirak edəcək.

Yarandığı ildən Çellenc kubokunda mübarizə aparan komanda artıq qitənin nüfuzuna görə ikinci turnirində iştirakını təsdiqləyib.
Onlar, həmçinin İtaliyanın paytaxtı Romada mayın 8-11-də keçiriləcək Beynəlxalq Dəmir Yolları İdman Təşkilatının Baş Assambleyasında bu quruma üzv seçiləcəklər.
Qeyd edək ki, CEV-da ölkəmizi “Lokomotiv”lə yanaşı “Bakı” təmsil edəcək.

Xəbər 909 dəfə oxundu.