AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib
Aprelin 16-da AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, iclasda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç, Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Aslan Şahgəldiyev, Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.

Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Xəbər 724 dəfə oxundu.