Payız və yaz birinciliyinin növbəti tur oyunları keçirilib
AFFA-nın və Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə aprelin 15-də payız və yaz birinciliyinin XII tur futbol oyunları keçirilib.

Azsport.az saytı xəbər verir ki, turnirdə “Hunders” komandası “Qardaşlar” kollektivini 2:9 hesabı ilə məğlub edib. “Hövsan-Stern” komandası 4:6 hesabı ilə “Binə” komandası üzərində qələbə qazanıb. “Müşfiq” kollektivi 0:3 hesabı ilə “Qobustan” komandasından üstün olub. “Azəri” və “Gənclər birliyi” kollektivləri arasında baş tutan yarış texniki qələbə ilə başa çatıb-3:0.

Turnirin ən məhsuldar oyunçusu 15 topla “Müşfiq” komandasından Cavidan Baxışlı olub. İkinci yerdə isə “Hövsan” komandasından Məcnun Əliyev (13 topla) fərqlənib. Turun ən yaxşı oyunçuları İntiqam Məmmədov (“Qardaşlar”) və Hafiz Hüseynov 9(“Hunters”) olub.

Qeyd edək ki, həmin gün Bakı Şəhər Gənclər və İdman baş İdarəsində klub komandalarının növbəti iclası da keçirilib. İclasda oyunların mayın 5-də başlanması planlaşdırılıb. Həmçinin diqqətə çatdırılıb ki, yarışda iştirak edəcək komandalar həmin vaxtadək AFFA-dan qeydiyyatdan keçməlidir. Birincilikdə 30-a yaxın komandanın iştirakı gözlənilir. Oyunların təyinatı və sənədləşməsi elektron qaydada həyata keçiriləcək.






.

Xəbər 606 dəfə oxundu.