Kişi həndbolçuların Azərbaycan çempionatının qalibi məlum olub
Kişi həndbolçuların Azərbaycan çempionatına yekun vurulub.

Azsport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, son turda “Bakı” ilə “Məhsul” komandalarının qarşılaşmasına maraq daha böyük idi. Çempionluğa əsas namizədlərin qarşılaşması gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalıb. Oyun 26:19 hesabı ilə “Bakı”nın xeyrinə nəticələnsə də, bu, çempionluq üçün yetərli olmayıb. Topların ümumi sayında rəqibini 2 top fərqi ilə qabaqlamağı bacaran “Məhsul” yarışın baş mükafatına sahib çıxıb.

“U16” – “Təhsil” görüşü isə 20:29 hesabı ilə başa çatıb.

Beləliklə, 12 turdan ibarət ölkə çempionatını “Məhsul” birinci, “Bakı” ikinci, “Təhsil” üçüncü, U-16 isə dördüncü pillədə başa vurub.

Qeyd edək ki, “Məhsul” komandası bu mövsüm Azərbaycan kubokuna da sahib çıxıb.

Xəbər 1160 dəfə oxundu.