Xosep Qvardiola: İndi bu suala cavab verə bilmərəm
“Postumdan getməklə bağlı qərarıma Joze Mourinyo qətiyyən təsir etməyib. Mənim həmkarlarım arasında digər rəqiblərim də olub”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Barselona”nın baş məşqçisi Xosep Qvardiola deyib. Onun Madrid “Real”ının çalışdırıcı Joze Mourinyo ilə münasibətləri gərgin olsa da, buna görə postundan getmədiyini bildirib:

“Sadəcə, yoruldum. Hər gün işdən və çoxlu qələbələrdən yorulduğum üçün gedirəm. Gələcəkdə yenidən “Barselona”nın baş məşqçi olmaqla bağlı suala indi cavab verə bilmərəm. Mourinyo bildirib ki, bu il “Qızıl top”u son 3 ildə bunu qazanan “Barsa”nın argentinalı futbolçusu Lionel Messi yox, öz oyunçusu Kriştianu Ronaldu almalıdır. Yəqin ki, bir dəfə Messi bu mükafatı almayacaq, ancaq o, cari mövsümdə əla oynayıb”.

Qeyd edək ki, Qvardiola son 4 ildə 16 tituldan 13-nü qazandırdığı “göy-narıncılar”la cari mövsümün sonunda bitən müqaviləsini uzatmayacağını rəsmən açıqlayıb.

Xəbər 1105 dəfə oxundu.