ABF planları rəsmən açıqladı | |
London Yay Olimpiya Oyunlarına hazırlaşan boks üzrə milli komandamızın hazırlıq planı açıqlanıb. Azərbaycan Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, hazırda Bakıda təlim-məşq toplanışında olan boksçularımız mayın 14-də Minskə yola düşəcəklər. Yığmamız orada Liventsovun xatirə turnirində iştirak edəcək. İyunda isə dünyanın ən güclü boks ölkələrindən olan Kuba millisinin şəhərimizə gələrək, komandamızla birgə toplanış keçməsi də nəzərdə tutulub: 14– 20 may – Beynəlxalq turnir (Minsk) 22–25 may – Fərdi məşqlər (aktiv istirahət) 26 may – 9 iyun – Təlim-məşq toplanışı. Beynəlxalq turnirə hazırlıq (Qəbələ və ya Zaqatala) 10–14 iyun – Bakıda beynəlxalq turnir. 4 komandanın iştirakı ilə (Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan) 15–19 iyun – Aktiv istirahət (fərdi) 20 iyun – 1 iyul – Azərbaycan – Kuba birgə təlim-məşq toplanışı. 2 iyul – 7 iyul – Ümumi Fiziki Hazırlıq - Xüsusi Fiziki Hazırlıq – Azərbaycan rayonlarının birində 8–19 iyul – Birgə məşqlər (Türkiyə, Özbəkistan və s) 20–24 iyul – Londona gediş 25 iyul – 13 avqust – Olimpiya oyunlarında iştirak |
|
Xəbər 1123 dəfə oxundu. |
|
|