Samboçularımız Avropa birinciliyində üç bürünc medal qazanıblar
Şimali Kiprin Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi davam edir.

Öıəmizi yeniyetmə idmançılar arasında təmsil edən Sahib Babayev (48 kq), Toğrul Salmanov (+87 kq) qitə birinciliyinin bürünc medallarını qazanıblar. Gənclərin mübarizəsində isə Vilayət Bayramov (62 kq) üçüncü yeri tutub.
Avropa birinciliyi aprelin 14-dək davam edəcək.

Xəbər 1400 dəfə oxundu.