Püşkatmanın vaxtı müəyyənləşib
Bu il Azərbaycanda 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, sentyabrın 22-də start götürəcək mundialın püşkü yarışdan 2 ay əvvəl atılacaq. Bakıda baş tutacaq mərasim iyulda gerçəkləşəcək.

Qeyd edək ki, oktyabrın 13-dək davam edəcək yarışa qatılacaq 16 komandadan 11-i artıq məlumdur. Bunlar meydan sahibi kimi Azərbaycan millisi, həmçinin Yaponiya, KXDR, Çin, Qambiya, Qana, Nigeriya, Braziliya, Kolumbiya, Uruqvay və Yeni Zelandiya yığmalarıdır.

Xəbər 1004 dəfə oxundu.