Samboçumuz Avropa çempionatının bürünc medalına sahib olub
Bu gün Kiprin Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı start götürüb.

Yarışda ölkəmizi 12 idmançı təmsil edir. Komandamız yeniyetmələr arasında 8, gənclərin yarışında isə 4 idmançı ilə mübarizə aparır. Samboçu Vilayət Bayramov qitə çempionatının ilk günündə ölkəmizə bürünc medal qazandırıb. Gənclər arasında yarışda 62 kq çəki dərəcəsində çıxış edən samboçumuz ilk təsəlliverici görüşdə bolqarıstanlı idmançıya tam üstünlüklə qalib gəlib. Üçüncü yer uğrunda həlledici görüşdə isə Belarus idmançısı üzərində qələbə qazanan Vilayət Bayramov gənclər arasında Avropa çempionatının bürünc medalına layiq görülüb.

Qeyd edək ki, sambo üzrə Avropa çempionatına aprelin 16-da yekun vurulacaq.


Xəbər 1414 dəfə oxundu.