Yarışlara vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb
Bu ilin yayında Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunlarında və payızda ABŞ-ın San Dieqo şəhərində ANOC Dünya Çimərlik Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb.

İyunun 21-dən 30-dək 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı II Avropa Oyunlarında 6 karateçimiz iştirak edəcək. Kumite turnirində Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (+75 kq), Asiman Qurbanlı (+84 kq) eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq), kata yarışlarında isə Roman Heydərli təmsil edəcək. Karateçilərimiz əsasən ötən günlərdə İspaniyada son qitə çempionatında qazandıqları reytinq xalları ilə Avropa Oyunlarında iştirak etmək hüququ qazanıblar. II Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Son Avropa üçüncüsü Roman Heydərovun nəticəsi ona həm də ANOC Dünya Çimərlik Oyunlarında ölkəmizi təmsil etmək şansı verib. San Diyeqoda 9-15 oktyabr tarixlərində mötəbər yarışın karate tirniri isə 10-11 oktyabrda keçiriləcək.

Xəbər 776 dəfə oxundu.