Gürcüstanda keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir
Aprelin 6-dan 13-dək Gürcüstanın Batumi şəhərində keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulurlar.

Bu gün daha iki atletimiz – Nailxan Nəbiyev və Kamran İsmayılov körpücük üzərinə çıxıb. Onların hər ikisi 96 kq çəki dərəcəsinin B qrupunda yarışıblar.

Nailxan Nəbiyev toplam 337 kq (147+190) nəticə ilə bu qrupda 8-ci, Kamran İsmayılov isə 333 kq (148+185) nəticə ilə 9-cu yeri tutub. Atletlərimizin yekun sıralamada tutacaqları yer A qrupundakı mübarizə başa çatandan sonra bilinəcək.

Xəbər 995 dəfə oxundu.