7-qat ölkə çempionu “Qalatasaray”ı Bakıya gətirir
Son Azərbaycan çempionu “Neftçi” Türkiyənin məşhur “Qalatasaray” klubunu Bakıya gətirmək niyyətindədir. İdman.com.az saytının məlumatına görə, paytaxt klubu 75 illik yubileyi münasibəti ilə “sarı-qırmızılar”la doğma arenada yoldaşlıq oyunu keçirmək fikrindədir.

Məlum olduğu kimi, hər 2 komanda arasında əməkdaşlıq müqaviləsi mövcuddur. Bu üzdən, tərəflərin bu məsələdə razılığa gəlməsi tam mümkündür. Hazırda bu istiqamətdə danışıqlar gedir.

Xəbər 966 dəfə oxundu.