Qadın güləşçilərimizin Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın 3-cü günündə - aprelin 10-da qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Püşkatma nəticəsində yığmamızın 4 üzvünün ilk rəqibləri müəyyənləşib. Püşk güləşçilərimizi MDB ölkələrinin təmsilçiləri ilə üz-üzə qoyub. Belə ki, Türkan Nəsirova (50 kq) ukraynalı Oksana Livaç, Elmira Qəmbərova (59 kq) Rusiya təmsilçisi Svetlana Lipatova, İrina Netreba (68 kq) Yevgeniya Andreyçikava (Belarus) və Səbirə Əliyeva (76 kq) belaruslu Natalya Lanko ilə üz-üzə gələcəklər.

Xəbər 928 dəfə oxundu.