Bir üzgüçümüz fərqləndi
Belarusun Brest şəhərində beynəlxalq turnir keçirilib. İdman.com.az saytının məlumatına görə, rəqabətdə ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya (Sankt-Peterburq), Latviya, Özbəkistan və Gürcüstan komandaları mübarizə aparıblar. Yarışda ölkəmizi 3 üzgüçü təmsil edib.

Sərbəst üsulla 50 metr məsafəyə üzməkdə Andrey İlyin gümüş mükafat qazanıb, 100 metr məsafədə isə 4-cü yer tutub. Batterfləy üsulunda Yevgeni Lazuka 100 metr məsafədə finiş xəttinə 4-cü çatıb. Arxası üstə üzməkdə yarışan Boris Kirillov 50 metr məsafədə 12-ci, 100 metr məsafədə 16-cı nəticə göstərib.


Xəbər 1840 dəfə oxundu.