Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində Belçika yığması güclü cüdoçularla təmsil olunacaq
Cüdo üzrə Belçika yığması mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində güclü heyətlə iştirak edəcək.

Yığmanın tərkibində 6 cüdoçu yer alıb. Kişilərdən ibarət komandada Jorrek Verstraeten (60 kq), Van Kenneth Qansbeke (66 kq), Sami Çouçi (81 kq), qadınlardan ibarət komandada isə Anne Sofie Jura (48 kq), Çarline Van Snik (52 kq), Qabriella Villems (70 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Jorrek Verstraeten bu ilin əvvəlində keçirilmiş Təl-Əviv Qran-Prisinin, Van Kennet Qansbeke isə 2018-ci ildə keçirilmiş Kankun Qran-Prisinin qalibləridir. Çarline Van Snik Yekaterinburq “Böyük dəbilqə”sinin bürünc mükafatçısı, Haaqa Qran-Prisinin qalibidir. Yığmada çıxış edəcək Qabriella Villems isə Haaqa və Kankun Qran-prilərinin mükafatçısıdır.

Xəbər 881 dəfə oxundu.