MOK-un vitse-prezidenti İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda İHİF-in və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.

MOK-dan azsport.az saytına bildiriblər ki, tədbir çərçivəsində İHİF prezidentliyinə namizəd Şahzadə Abdulaziz bin Turki Alfaisal Ç.Hüseynzadə ilə görüşərək qurumun fəaliyyəti barədə müzakirələr aparıb. Həmçinin İHİF-in baş katibi Mohammed Saleh Al-Qarnas, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malboum bu qurumun fəaliyyətinə dair hesabat məruzələri ilə çıxış ediblər.

Tədbir çərçivəsində, həmçinin qurumun növbədənkənar Baş Assambleyanın iclası keçiriləcək. Assambleyanın iclasında İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçiləcək. Bundan başqa, hesabat çıxışları dinləniləcək, 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə dair müzakirələr aparılacaq.

Xəbər 1391 dəfə oxundu.