Minskdə II Avropa Oyunlarının “Sülh məşəli” estafetinin təqdimatı mərasimi keçirilib
Minskdə II Avropa Oyunlarının “Sülh məşəli” estafetinin təqdimatı ilə bağlı təntənəli mərasim keçirilib.

Oyunların təşkilatı fondunun rəhbəri Georgi Katulin mərasimdə çıxış edərək deyib: ”Bu gün biz II Avropa Oyunlarının “Sülh məşəli” estafetini təqdim edirik. Onun məqsədi məhz adında ifadə olunub: bu multiidman forumunun əsas məqsədi Avropanın bütün ölkələrini möhtəşəm idman bayramının ətrafında birləşdirmək və Oyunları 2019-cu ilin ən parlaq hadisəsinə çevirməkdir”.

Sonra dizayner Yuliya Brayçukun hazırladığı və Novoqrudka zavodunda istehsal edilmiş məşəl iştirakçılara təqdim olunub. O, paslanmayan poladdan düzəldilib, çəkisi isə 1,7 kiloqramdır. Təşkilatçılar bildiriblər ki, bu çəkini əldə uzun məsafəyə daşımaq çətin olduğundan, onu velosiped, yaxud əlil arabasına bərkitmək nəzərdə tutulur. Məşəl dünya standartlarına uyğun olaraq 15 dəqiqə ərzində yanır ki, bu da estafeti əvəz edənlərə lazımi məsafəni qət etməyə imkan verir.

Məşəl estafeti mayın 3-də İtaliyanın paytaxtı Romada start götürəcək, Avropanın 8 ölkəsindən keçməklə 50 gündən sonra - iyunun 21-də Minskin “Dinamo” stadionunda keçiriləcək təntənəli mərasimdə alovlandırılacaq.

Bu gün keçirilən mərasimdə Belarus dizayneri Yuliya Latuşkinanın hazırladığı estafet iştirakçılarının geyim forması da təqdim olunub.

Xəbər 1061 dəfə oxundu.