Dağlıq Qarabağın azərbaycanlı icmasının məktəbli üzvləri ilə Maqnus Karlsen arasında şahmat sülh naminə oyunu keçirilib
Şəmkirdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının beş məktəbli üzvü ilə şahmat üzrə dünya çempionu Maqnus Karlsen arasında şahmat sülh naminə oyunu keçirilib.

Yarışdan əvvəl məktəblilər ümummilli lider Heydər Əliyevin Şəmkirdəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Mərkəzində yarışa start verilib. Yarışdan sonra uşaqlar Karlsenə arzularını çatdırıb, onunla şəkil çəkdiriblər.

Xəbər 810 dəfə oxundu.