“Əvvəlki uğursuzluqlara son qoymaq istəyirik”
“Bütün qarşılaşmalara qələbə qazanmaq üçün çıxırıq. “Neftçi” ilə cari mövsümdə dördüncü dəfə qarşılaşacağıq. Əvvəlki oyunlardakı uğursuzluqlara son qoymaq istəyirik”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı” klubunun məşqçisi Novruz Əzimov deyib. Baş məşqçisiz qalan komandasında bu vəzifəni icra edən çalışdırıcı Unibank Premyer Liqasının son 2 oyunu haqda fikirlərini Peşəkar Futbol Liqasının saytına açıqlayıb:

“Həm biz, həm də “Neftçi” Avrokuboklara vəsiqəni təmin etdiyimiz üçün bəzi insanlar çempionatdakı oyunun formal xarakter daşıyacağını düşünür. Biz bu oyunda qələbə qazanmaq üçün meydana çıxacağıq. Həm də, “Neftçi” bilsin ki, Azərbaycan kubokun finalında kimlə qarşılaşacaq. Komandanın əsas heyətindən Duje Bakoviç, Maris Verpakovskis, Novruz Məmmədov və Uinston Parks zədəli, Şəhriyar Əliyev isə cəzalıdır. Bu oyunçular, yəqin ki, növbəti turlarda da iştirak edə bilməyəcəklər. Ümid edirik ki, kubokun finalına kimi zədəli futbolçuların vəziyyəti normallaşacaq. Ancaq Şəhriyar Əliyev cəzalı olduğundan kubokun final oyununda da meydana çıxa bilməyəcək”.

Xəbər 881 dəfə oxundu.