“Shamkir Chess 2019”: Bu gün altıncı turun oyunları keçiriləcək
Aprelin 6-da Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində altıncı turun oyunlarında Şəhriyar Məmmədyarov bolqarıstanlı Veselin Topalov ilə qarşılaşacaq. Teymur Rəcəbov isə rusiyalı Aleksandr Qrişuk ilə üz-üzə gələcək.

Turnirin digər partiyalarında çinli Dinq Liren norveçli dünya çempionu Maqnus Karlsen, hollandiyalı Aniş Giri çexiyalı David Navara, rusiyalı Sergey Karyagin isə hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla oynayacaq.

Qeyd edək ki, beş turun nəticəsinə görə aktivində 3,5 xal olan Maqnus Karlsen turnir cədvəlində liderliyini davam etdirir. Vişvanatan Anand, Sergey Karyakin 3 xal, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov 2,5 xal, Şəhriyar Məmmədyarov, Veselin Topalov 2 xal, Aniş Giri 1,5 xal toplayıblar.

Xəbər 690 dəfə oxundu.